AZ

İranın "nüvə başlığı" videosu dünya mediasında ajiotaj yaradıb

İran hökumətinə bağlı saytlarda nüvə başlıqlı raketə dair videorolikin yayılması dünya mediasında həyəcanla paylaşılır. "Gazeta" nəşri yazır ki, İran hakimiyyəti İslam Respublikasının X sosial şəbəkəsindəki rəsmi səhifəsində nüvə başlığına bənzəyən raket maketini sığallayn əl videosu ajiotaja səbəb olub. 


"Görüntülərdə İran hərbi formasında olan şəxsin radiasiya təhlükəsi simvolu olan raaketi sığallaması əks olunub. Videonu ekranda farscadan “Bəlkə” kimi tərcümə edilə bilən başlıq müşayiət edir", - nəşr yazıb.


İyunun 17-də İran dövlət televiziyası dünyanı əsrlər boyu xatırlayacaq bir sürprizlə üz-üzə qaldığını açıqladı.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.



Tural

Seçilən
11
news365.az

1Mənbələr