AZ

Putin müharibə başlayandan bəri ilk dəfə belə bir ifadə işlətdi

Yaxın Şərqdə gərginlik artdıqca, İsrailin İrandakı nüvə obyektlərinə hücumları dünya gündəmini sarsıtmağa davam edir.

Turkustan.az xəbər verir ki,Rusiya Xarici İşlər Nazirliyi altı günlük münaqişə ilə bağlı diqqətçəkən açıqlama verib. Rusiya prezidenti Vladimir Putin “Səbrimiz tükənmək üzrədir” mesajını verdi.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiqliyi davam edir və onun danışıqlar prosesinə açıq olması diqqətdən kənarda qala bilməz. Bəyanatda İsrailin nüvə obyektlərinə hücumları “qanunsuz” kimi qiymətləndirilib və bu hərəkətlərin beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaratdığı bildirilib.

Moskva həmçinin İsrailin hücumlarının dünyanı nüvə fəlakətinin astanasına gətirdiyini vurğulayıb. İranın nüvə obyektlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarətində olduğu xatırladılıb. Bəyanatda həmçinin açıq şəkildə vurğulanıb ki, hücumları dəstəkləyən ölkələr bu hərəkətlərdə şərikdir.

Rusiya prezidenti Vladimir Putin İsrailin region ölkələrini fəlakətə sürüklədiyini bəyan edib. Putin: "Sağlam düşüncə çağırışlarına qulaq asan İsrail indi səbrinin sərhədlərini sınayır" deyərək, gərginliyin daha da arta biləcəyinə işarə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
1
turkustan.az

2Mənbələr