AZ

Azərbaycanda 650 hakim var

Hazırda Azərbaycanda hakimlərin sayı 650 nəfərdir.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, məqsədimiz hakimlərin sayını 3 dəfə artırmaqdır:

"2019-cu ildə biz 650 rəqəminə çatdıq. Gələn ildə bizim vəzifəmiz daha 150 hakimin seçilməsidir. Ona görədə məhkəmə hüquq Şurasında müxtəlif təhlillər gedir. Əvvəllər Hakimlərin seçilməsi prosesi 6 imtahandan ibarət idi. Bu proses 2 ili əhatə edirdi".

Seçilən
1
teleqraf.com

1Mənbələr