Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, ABŞ-nin İsraildəki səfirliyi, Tel-Əviv və Qüdsdəki konsulluq şöbələri iyunun 18-dən 20-nə qədər öz işini dayandırıb. Qərar İsrailin arxa cəbhə komandanlığının tövsiyəsin ilə qəbul edilib.
Diplomatik missiyanın rəsmi saytında bu barədə məlumat verilir.
Məlumatda bildirilir ki, amerikalı əməkdaşlar ilə onların ailələrinin bu müddət ərzində sığınacaqların yaxınlığında qalması zərurəti yaranıb. İsrailin hava məkanı bağlı olduğundan səfirliyin əməkdaşlarının təxliyəsi hələlik mümkün deyil.
Hürr Tərcüman