Müəllif: Tamara Mustafayeva, Banco.az
Süni intellekt sahəsində istedadlar uğrunda rəqabət ən yüksək səviyyəyə çatıb.
Banco.azxəbər verir ki, “OpenAI”ın baş direktoru Sam Altman bildirib ki, “Meta” şirkəti süni intellekt strategiyasını sürətləndirmək məqsədilə “OpenAI” əməkdaşlarını işə cəlb etmək üçün 100 milyon dollarlıq mükafatlar təklif edib.
“Meta”nın “OpenAI” əməkdaşlarını cəlbetmək cəhdləri süni intellekt modelləri hazırlamaq üçün ən yaxşı mühəndisləri əldə etmək uğrunda gedən mübarizənin son nümunəsi kimi qiymətləndirilir. Bu hadisə “Facebook”un sahibi olan şirkətin rəqibləri ilə ayaqlaşmaq üçün “super-zekâ” (yüksək səviyyəli süni intellekt) bölməsi yaratmaq səyləri ilə eyni vaxta təsadüf edir.
Altman deyib: “(Meta) komandamızdakı bir çox insana böyük təkliflər etməyə başlayıb. Bilirsinizmi, 100 milyon dollarlıq imza bonusları, illik ümumilikdə bundan da yüksək əməkhaqqı və sair... Amma indiyə qədər ən yaxşı komanda yoldaşlarımızdan heç biri bu təklifləri qəbul etməyib.”
Bizi sosial şəbəkələrdən izləyin!!