AZ

Rusiyalı UFC döyüşçüsü: Bakıdakı turnirdə özümü hər kəsə sübut etməyə çalışacağam

Bakı, 18 iyun, AZƏRTAC

Rəqibim Körtis Bleydes yaxşı döyüşçüdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək rusiyalı idmançı Rizvan Kuniyev mətbuat konfransında deyib.

O, Bakıdakı turnirdə uğurlu nəticəyə ümid etdiyini söyləyib: "Karyeram ərzində Bleydesdən də güclü rəqiblərlə döyüşmüşəm. Özümü hər kəsə sübut etməyə çalışacağam. Üzərimdə təzyiq var. Məndən uğurlu nəticə gözləyirlər".

Qeyd edək ki, döyüş iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.

Seçilən
5
azertag.az

1Mənbələr