AZ

Çin İrana üç sirli təyyarə göndərdi - Sensasion iddia

Çin ən azı üç Boeing 747 nəqliyyat təyyarəsini saxta marşrutla İrana göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb .

Məlumata görə, bu təyyarələr İsraillə müharibədə İranın ehtiyac duyduğu silah və hərbi texnikanın daşınması üçün istifadə oluna bilər. Bu iddianı gücləndirən amillərdən biri də ondan ibarətdir ki, üç uçuşdan birincisi İsrailin İrana qarşı hərbi əməliyyata başladığı günün ertəsi həyata keçirilib. Digər iki təyyarə isə daha sonra Yaxın Şərqə çatıb.
 

Qəzetin yazdığına görə, təyyarələr əvvəlcə Çinin şimal bölgələri üzərindən hərəkət edib, daha sonra Qazaxıstan sərhədini keçərək, Özbəkistan və Türkmənistan üzərindən uçublar. İran hava məkanına yaxınlaşarkən isə radar sistemlərindən itiblər.



Bundan başqa, qeyd olunur ki, uçuş planlarına əsasən təyyarələr guya Lüksemburqa yönəlməli imiş. Lakin "The Daily Telegraph" yazır ki, onların heç biri Avropa hava məkanına daxil olmayıb.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.

Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr