Rafael Fiziyevin Bakının ev sahibliyi etdiyi UFC Döyüş Gecəsində rəqibi İqnasio Bahamondes mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, çilili döyüşçü əvvəlcə şənbə günü keçiriləcək döyüş barədə proqnozlarını verib:
"İndi bu döyüş üçün həyəcanlıyam. Ayaq üstə döyüşməyi sevirəm, Rafael də həmçinin. Rəqib qələbəyə acdır. Bizi çox maraqlı və ağır döyüş gözləyir. Bu döyüşə hazıram və buna görə şadam".
Son döyüşündə Jalin Törneri birinci raundda məğlub edən İqnasio bu döyüşün 3 raund olacağına söz verib:
"Sizə 3 raund vermək istəyirəm. İstərdim ki, dünyaya nəyə qadir olduğumu göstərim. Bunu xoşlayıram və 3 raund ərzində dominantlıq etmək istəyirəm".
Belal Muhammedin oktaqonda İqnasionun küncündə olmasına çilili idmançı belə münasibət bildirib. "O, mənim üçün böyük qardaş kimidir. Məşqçi korpusuna və Belala mənə inandığı üçün təşəkkür edirəm. Bu, mənə imkan yaradır ki, daha yaxşı iştirak edim".