G7 ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək səylərini dəstəkləyiblər. Bu barədə G7 sammitinin sədri, Kanadanın baş naziri Mark Karninin yaydığı bəyanatda deyilir.
Məlumatı “Kommersant” verib.
“Böyük Yeddilik liderləri prezident Trampın Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərini dəstəklədiklərini bildiriblər”, - bəyanatda deyilir.
Bəyanatın mətnində həm də G7 liderlərinin sanksiyalar da daxil olmaqla Rusiyaya təzyiqi artırmaq istədikləri göstərilir.
Daha əvvəl “Reuters” xəbər vermişdi ki, G7 iştirakçıları Birləşmiş Ştatların etirazları səbəbindən birgə bəyanatdan imtina ediblər. Agentliyin mənbəsinin sözlərinə görə, Amerika tərəfi Kanadanın Ukraynaya qarşı ədalətsiz hesab etdiyi bəyanat layihəsini yumşaltmaq istəyib.
P.ƏMİRCANOV
XQ