AZ

Zəngəzur dəhlizi və Türk dünyasının gələcəyi

Faiq Ələkbərli

Zəngəzurun bütövlükdə Azərbaycan torpaqları olması, Azərbaycan türklərinə aid ərazilər kimi tarixə düşməsi danılmaz faktdır. Tarixə nəzər yetirdikdə Zəngəzur, Naxçıvan, Zəngilan, Qarabağ və digər ərazilərin hamısı Azərbaycan torpaqları kimi qeyd olunub. Zəngəzurun bir hissəsinin Ermənistana birləşdirilməsi əvvəlcə Sovet Rusiyasının, daha sonra SSRİ rəhbərliyinin iradəsi ilə baş verən bir prosesdir. Burada məqsəd bir tərəfdən Ermənistanı geniş şəkildə böyütmək, digər tərəfdən isə Türk dünyasının bütövlüyünü pozmaq idi. Məhz həmin proses 1920-ci ilin dekabrın əvvəlində başlayıb. Yəni 1920-ci ilin aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan SSR yaranmışdısa, təxminən 5-6 ay sonra Emrənistan SSR quruldu. 1920-ci il dekabrın 3-də Qərbi ZəngəzurunErmənistan SSR-yə birləşdiriməsi məsələsi ortaya qoyuldu.Ancaq Zəngəzurun bir hissəsinin həmin tarixdə Azərbaycan SSR-nin rəhbərliyinə təzyiqlər nəticəsində Ermənistana verilməsi qərarı qəbul edilsə də, bu məsələ yarımçıq qalmışdı. Belə ki, Naxçıvanla Zəngilan arasındakı torpaqlarımızın Ermənistan SSR-in ərazisinə birləşdirilməsi faktiki olaraq erməni daşnakı Njdenin cinayətləri əsasında 1923-ci ilin yayında müəyyən qədər baş tutdu. Zəngəzurun bir hissəsini nəzarət altında saxlayan Njde bəyan etmişdi ki, ancaq bu torpaqlar Ermənistan SSR-ə veriləcəyi təqdirdə silahlı üsyana son verib, Avropaya mühacirət edəcək. Çox təəssüf ki, Sovet Rusiyasının rəhbərliyi bu şərtlə razılaşmışdı. Bununla da Zəngəzur torpaqlarının iki hissəyə parçalanması bir qədər də sürətlənmişdi. Əvvəlcə, Mehri şəhəri Azərbaycanın təkibindən çıxarıldı. Daha sonra 1929-cu ildə Azərbaycan SSR-ə aid olan 9 kəndin Ermənistana verilməklə 1930-cu ildə Mehri rayonu yaradıldı. 1929-1930-cu illərdə bu hadisə baş verərkən Azərbaycan SSR-in rəhbərliyində bir neçə erməni var idi və onlardan biri də Levon Mirzoyan idi. Bununla da Naxçıvan və Zəngilan arasındakı torpaqlarımız Ermənistan SSR-in tərkibinə keçdi.

Azərbaycan vaxtilə torpaqlarını itirmək məcburiyyətində qaldığı üçün bu gün öz ərazilərini geri istəməsi təbiidir. Həmin torpaqlarda Zəngəzur dəhlizinin açılması Azərbaycanın qanunla haqqıdır. 1920-ci dekabrından başlayaraq 1930-cu ilə qədər torpaqların Ermənistan SSR-yə birləşdirilməsi bizim həmin ərazilərdən imtina etməyimiz anlamına gəlmir. Biz həmin ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu yaxşı bilirik. Həmin ərazilərdə, Naxçıvan və Zəngəzurun arasında Azərbaycan torpaqlarının bütövlüyünü ifadə edən Zəngəzur dəhlizi mütləq reallaşacaq.

Ancaq ermənilər indi narahatdır ki, əgər 1929-cu il sərhədləri bərpa edilərsə, o zaman həmin torpaqların bir qismi Azərbaycana qaytarılmalı və beləliklə, Naxçıvanla Zəngilan arasındakı quru torpaqlar da bərpa olunmalıdır. Bizcə, bu anlamda Ermənistan rəhbərliyi Naxçıvan-Zəngilan, ya da Zəngəzur dəhlizinin reallaşmasından çox narahatdır. Çünki Atatürkün türk qapısı adlandırdığı Naxçıvan qapısını Zəngəzuru parçalamaqla bağlayan, yəni Türk dünyasının birliyini əngəlləyən qüvvələr bu dəhlizin inşası ilə planlarının pozulduğunu görürlər. Hər halda Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə, türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün mühümdür. Doğrudur, bu dəhlizdən digər ölkələrin faydalanması da mümkündür. Ancaq əsas məsələ burada türk dövlətlərinin birliyinin güclənməsidir. Təxminən 100 ildən sonra türk dövlətləri arasında bir torpaq bağının yaranması çox mühüm hadisədir. Vaxtilə Atatürkün "Türk qapısı" adlandırdığı Zəngəzur dəhlizinin açılması ilə türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Azərbaycan Türkiyə və Türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, Zəngəzur dəhlizi mütləq açılmalıdır. 5 mart 2025-ci il tarixində İğdır-Naxçıvan qaz xəttinin açılışı münasibətilə keçirilən mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında layihənin əhəmiyyətini vurğulayaraq, Naxçıvanın tarixi mövqeyi, onun Azərbaycanın əsas hissəsindən ayrı düşməsi və bunun tarixi səbəbləri haqqında danışıb. O, xüsusilə qeyd edib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayıraraq Ermənistana birləşdirib və bunun nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən qoparılıb. Bu ədalətsizlik bir əsrdən çox davam edib və Naxçıvanda yaşayan soydaşlarımızın həyatına mənfi təsir göstərib. Prezident, həmçinin, Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı Naxçıvanı blokadaya alaraq işğal etməyə cəhd göstərdiyini, lakin naxçıvanlıların Heydər Əliyevin rəhbərliyi altında öz torpaqlarını qoruduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il martın 29-da 31 mart azərbaycanlıların soyqırım günü münasibətilə Azərbaycan xalqınamüraciətində demişdir: "XIX əsrin birinci yarısından İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir" (90, s.67).

Azərbaycanın 28 aprel işğalından Ermənistan da son dərəcə yararlanmağa başladı. Belə ki, Sovet Ermənistan Sovet Azərbaycana qarşı ərazi iddialarından nəinki əl çəkdi, əksinə onların xeyrinə dönmüş hərbi-siyasi vəziyyətdən maksimum yararlanmağa başladı. Rəsmi Moskva Naxçıvan, Zəngəzur və başqa ərazilərin gah mübahisəli elan edir, gah da Ermənistana verilməsi barədə fikirlər irəli sürürdü ki, onların ikibaşlı siyasətindən istifadə edən erməni hərbi hissələri 1920-ci ilin yayında Zəngibasara və Şərura hücum edib, dinc əhalini qırdılar, 300-dən çox kəndi yandırdılar. Bu torpaqların qədim əhalisi olan Azərbaycan türklərinin 70 min nəfəri Cənubi Azərbaycana, 400 mini Naxçıvana köçdü.

Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış 1920-ci il 10 avqust sazişinə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilir, Qarabağ, Zənəgəzur və Naxçıvan mübahisəli ərazilər elan olunurdu. Bununla Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı “sovetləşdirmək” niyyəti güdürdü. Belə siyasət Zəngəzurda vəziyyətin sabitləşməsinə mane olurdu ki, orada döyüşlər 1920-ci ilin sonuna kimi davam etdi. 1920-ci ilin yayında ermənilər Zəngəzuru talan edərək Naxçıvana hücum etdilər. Veysəl bəyin başçılığı ilə Naxçıvanı müdafiə edən türk ordusu orada nəzarəti tamamilə ələ aldı. Bu vaxt Ermənistan Türkiyəyə qarşı müharibəyə başlasalar da məğlub oldular. 1920-ci il dekabrın 2-də Türkiyə ilə Ermənistan arasında bağlanmış Gümrü (Aleksandropol) müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla bütün Ermənistan ərazisi Türkiyənin himayəsinə keçmiş, Ermənistan 10 min kv. km. hüdudlarında müəyyənləşdirilmişdi. Ancaq ermənilər sovet dövründə Gümrü müqaviləsini tanımaqdan imtina etdilər.

1920-ci il 29 noyabrında Ermənistan sovetləşəndən sonra ermənilərin Naxçıvan, Zənəgəzur və Qarabağa olan iddiaları daha da gücləndi. Buna ilk növbədə, 1920-ci il dekabrın 2-də RSFSR ilə Sovet Ermənistanı arasında bağlanmış müqavilə səbəb oldu. Həmin müqavilənin "üçüncü maddəsində göstərilirdi ki, Rusiya sovet hökuməti Ermənistanın 1920-ci il oktyabrın 23-nə kimi sahib olduğu aşağıdakı ərazilərini - İrəvan quberniyasının, Qars vilayəti hissəsinin, Zənəgəzur qəzasının, Qazax qəzası hissəsinin, Tiflis quberniyası hissəsinin "Sovet erməni Respublikasının" tərkibinə daxil olduğunu mübahisəsiz təsdiq edir". Maraqlıdır ki, AK(b)P MK siyasi və təşkilat bürolarının 1920-ci il 30 noyabrında keçirilmiş birgə iclasında da, təxminən buna uyğun qərar qəbul edilmişdi. Qərarda Zəngəzur, Qarabağın dağlıq hissəsi haqqında məsələyə də toxunulmuş və bəyannaməni elan etmək N.Nərimanova tapşırılmışdı. 7 cildliik "Azərbaycan tarixi"inin 6-cı cildində yazılır: “Qərarda da, N.N.Nərimanovun çıxışında da, 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında onun elan etdiyi bəyannamədə də Naxçıvan haqqında məsələ qaldırılmamışdı.Lakin ertəsi gün qəzetlərdə dərc olunmuş bəyannaməyə aşağıdakı fikir əlavə edilmişdi: "Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir"". Həmin kitabda qeyd olunur ki, bu sözlər, N.Nərimanovun rəyinin əleyhinə olaraq Q.K.Orconikidze, S.M.Kirov və onların həmfikirləri tərəfindən bəyannaməyə daxil edilmişdi.

(ardı var)

Medianın

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Seçilən
10
1
turkustan.az

2Mənbələr