
Qəzza zolağında son 24 saat ərzində 60-dan çox fələstinli ölüb, 400-ə yaxın fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat anklavın Səhiyyə Nazirliyinin “Telegram” kanalında dərc olunub.
“Son 24 saat ərzində Qəzzada İsrailin hərbi əməliyyatları nəticəsində 61 nəfər ölüb, 397 nəfər yaralanıb”, - Səhiyyə Nazirliyi bildirib.
Səhiyyə Nazirliyi həmçinin bildirib ki, 2023-cü ilin oktyabr ayından Qəzza zolağında ölənlərin sayı 55 493 nəfərə, yaralananların sayı isə 129 320 nəfərə çatıb.