AZ

"Oğlum 44 günlük Vətən Müharibəsində yaralansa da, nə əlillik, nə də veteran statusu verilmir" - TOVUZ SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR / FOTO

Tovuz rayon, Aşağı Quşçu kənd sakini Tağıyev Əbulfət Fəxrəddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şİkayət məktubu daxil olub. Şikayətçi bildirir ki, oğlu Tağıyev Fəxrəddin Əbülfət oğlu 44 günlük Vətən Müharibəsində iştirak etsə də, heç bir status verilməyib:

“Mən, Tağıyev Əbulfət Fəxrəddin oğlu, yazaraq bildirirəm ki, oğlum Tağıyev Fəxrəddin Əbülfət oğlu 44 günlük Vətən Müharibəsinin iştirakçısı olub. Savaşda döş qəfəsindən qəlpə yarası və kəllə-beyin travması alıb. Bununla belə, oğluma nə veteran statusu, nə də əlillik dərəcəsi verilməyib.

Oğlum torpağından ötrü canını verməyə hazır olub. Müharibə olsa, yenə də getməyə hazırdır. Amma ona qarşı rəsmi qurumlar tərəfindən biganəlik var. 

Fəxrəddinin hələ də dözülməz ağrıları olur. İş qabiliyyətini itirib. Bu qədər haqsızlıq olmaz, axı. Xəstəliyi olmayan adamlar pul verib əlillik düzəltdirir, mən xəstə uşağıma əlillik dərəcəsi ala bilmirəm.

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, müharibə iştirakçılarının haqlarının yeyilməsinə imkan verməyin".  

Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Seçilən
7
2
hurriyyet.az

3Mənbələr