AZ

Cənubi Koreya və Yaponiya ABŞ ilə əməkdaşlığı gücləndirir

Cənubi Koreya və Yaponiya geosiyasi böhranlara cavab vermək üçün ABŞ ilə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Bakıvaxtı.az "Yonhap" Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin ofisi bəyanat yayıb.

Bəyanata əsasən, razılaşma Cənubi Koreya prezidenti Li Çje Myon və Yaponiyanın baş naziri Şiqeru İşiba arasında G7 sammiti çərçivəsində keçirilən görüşdə əldə olunub.

Bundan əlavə, prezident Li Kanadanın baş naziri Mark Karni ilə görüşüb. Tərəflər müdafiə, silah sənayesi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, süni intellekt və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.

Gülşən Şərif

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr