AZ

Dövlətçilik tariximizdə Ağqoyunlu ( Bayanduriyyə) dövləti

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

III Yazı

Qara Yülük Osman çox cəsarətli və savaşcıl bir sərkərdə olub,əmirTeymurla birlikdə Sivas,Suriya və Ankara savaşlarında iştirak etmiş və Ankara savaşından dönəndən sonra əmir Teymurun icazəsi və fərmanıiləDiyarbəkirdə yerləşib, orada 1403-cü ildəAğqoyunluəmirliyiniqurmuşdur.Cəlaləddin Əli bəyin əmirliyindən 1435-1438 sonra əmir taxtına Həmzə bəy Bayandur çıxmışdır.

Həmzə bəy Bayandur

Həmzə bəy Ağqoyunlu əmiridi (1438-1444) . Cəlaləddin Əli bəyin kiçik qardaşı idi.Qara Yülük Osman bəyin oğludu.Həmzə bəy Bayandurun doğum tarixi ilə bağlı mənbələrdə məlumat yoxdur.1435-ci ildə atasının ölümündən sonra TeymuriŞahruxun oğlu MəhəmmədCukinin qərargahında hakimiyyətin qardaşı Cəlaləddin Əli bəyə verilməsinə qarşılıq olaraq hərbi elitanın köməyi ilə paytaxtın təhlükəsizliyini təmin edə bilmişdi.Daha sonra 1436-cı illdə o Ərqanini ələ keçirmək üçünhazırlığa başlayır.Lakin onun hücumu Cəlaləddin Əli bəyin oğlu Cahangir Mirzə tərəfindən dəf edildi.

1437-ci il yayın əvvəlində Həmzə bəy Bayandur qardaşı İsgəndər kimi öz bölgəsinin sərhədlərini genişləndirmək üçün Ağqoyunluların daxili çəkişmələrindən bəhrələnməyə ümid edirdi.O Bağdadın Qaraqoyunlu valisi İsfahan ibnQara Yusifi məğlub edərək böyük hərbi nüfuz qazandı.Həmzə bəy Bayandur,Mardin yaxınlığında İzzəddin Hacılı,Mosullu,Pörnək və Qoca Hacılı konfederasiya tayfaları,Cizrə Dögərləri,Həsənkeyf Əyyublularından ibarət bir ordunun köməkliyi ilə Qaraqoyunlu qüvvələrini Diyar-ı Rabiə və Şimali Cəzirədən qovdu.Bu parlaq qələbə onun nüfuzunu daha da qrtırdı.Bu hadisədən sonra Həmzə bəy Bayandur paytaxt Amid şəhərinə yürüş etdi və iki aylıq mühasirədən sonra şəhər əhalisi təslim oldu.Vali Uzun Həsən Ərzincanda atası ilə görüşmək üçün şəhərdə Cəlaləddin Əlinin tərəfdarlarını axtaran Həmzə bəydən qaçmağı bacardı.

1438-ci ilin qışında Cəlaləddin Əlinin Ağqoyunlu əmirliyindən əl çəkməsi böyük taxt müharibəsinin birinci mərhələsinin sona çatmasına səbəb oldu.Qara Yülük Osman bəy Cəlaləddin Əli bəyi özünə varis elan etsə də, o Qara Osmanilər,qohum və konfederasiya tayfaları arasında etibarlı koalisiya yarada bilmədi.Onun şimal cinahı bir çox Bayandur rəisləri tərəfindən rədd edildi və Diyarbəkirdəki geniş ordusunun həm oturaq,həm də köçəri ünsürləri qardaşı Həmzə bəy tərəfindən məğlub edilib tamamilə silindi.

1438-ci ildə Həmzə bəyin hakimiyyəti rəsmən tanındı.Həmzə bəy sikkə zərb edib, Cümə xütbəsini Şahrux Mirzə Barlasın adını oxutdurdu və Amid,Mardin və Ərzincanın Teymuri dövləti naibi təyin edildi. Üstəlik, Məmlük qoşunlarının təxliyəsi Həmzənin ambisiyalarını üzə çıxardı və o Ərzincandakı qohumları üzərinə yürüş etməkçün hazırlıqlara başladı.1439-cu ildə Ərzincan valisi olan Yaqubun oğlu Cəfərin yenidən ortaya çıxması Yaqubla qardaşı oğlu Cahangir arasındakı söz ittifaqına müsbət təsir göstərmədi.Cəfər yenə Ağqoyunlu əmirliyinə qarşı iddialarından yola çıxaraq əmisi oğulları Cahangir,Hüseyn və Uzun Həsəni əmiləri Həmzəyə qarşı koalisiyaya məcbur edirdi.Bu,Əlinin oğullarının ortaq olduğu bir ittifaq idi.Həmzənin konfederasiya tayfaları arasındakı məşhurluğunabaxmayaraq , bəzi mühüm ordu rəisləri Cəfərin tərəfinə keçərək Həmzənin Ərzincan üzərindəki hakimiyyətini ləğv etməyi planlayır və Diyarbəkir əmir taxtını qaytarmaq üçün onu dəstəkləyirdilər.Lakin çox keçmədən Cəfərin məğlub olması ilə ona dəstək verən tayfalar Həmzə bəyin tərəfinə keçdilər.

Hakimiyyətə gəldikdən sonra Həmzə bəyin qarşısında iki məqsəd var idi.Bunlardan biri qardaşı Yaqubun adamlarının Ərzincan ətrafına yığdığı ordunun çıxarılması digəri isə Cahangirin Məmlük dəstəyi ilə Dögər mülkü Urfada yaratdığı qərargahın təsirinin azadılması idi.

Həmzə bəy bu hədəflərdən ilkinə müvəffəqiyyətlə nail oldu.1439-cu ildə Cahangir Mirzəyə qarşı müharibəyə başladı ilk səfəri uğursuzluqla nəticələnən Həmzə bəy 1440-cı ildə iki hədəfini birdən yerinə yetirmək üçün hazırlıqlara başladı.Beləki Başat Bayandur tayfasından olan ünsürlər Pörnək və Mosullu tayfaları ilə birlikdə Urfanın mühasirəsinə göndərilərkən,Həmzə bəy Bayandur Ərzincanda Yaqubu mühasirəyə alan bölmənin komandanlığını öz üzərinə götürdü.Urfadan bir daha dəf edilən birinci dəstə bundan sonra Cahangirin müttəfiqlərinə üz tutdu və Gərgər qalasında Məmlük qarnizonunu məğlub etdi.Bu ərəfədə Ərzincan Həmzə bəy tərəfindən yenidən ələ keçirildi və Şeyx Həsən ibn Qara Osmana iqta kimi verildi.Ehtimal olunur ki, Ərzincanın alınması ilə Həmzə bəy sultan titulunu götürmüş və özünü Qara Osmanilərin başçısı, Ağqoyunlu konfederasiyasının hökmdarı elan etmişdi.Nəticə də Həmzə bəy Urfa və Kemaxdan başqa bütün Ağqoyunlu şəhər mərkəzlərini ələ keçirmiş,arxasındakıhərbi elitanın dəstəyi ilə üsyankar qohumları üzərində yenilməz üstünlük əldə etmişdi.

1444-cü ildə Həmzə bəy Bayandur Amid şəhərində vəfat etdi. Geridə heç bir oğlan övladı olmadığı üçün hakimiyyətə qardaşı oğlu Cahangir Mirzə gəldi.

Həmzə bəyin Diyarbəkirdə ucaltdığı bir məscid və Mardində ucaltdığı bir zaviyə vardır.

Müizəddin Cahangir Mirzə

Həmzə bəyin öləndən sonra Əli bəyin oğlu Cahangir hakim olduğu Urfadan gəlib əmisinin əmir taxtına sahib durdu. Müizəddin Cahangir Mirzə Əli bəyin və Sara Xatunun oğludur.1444-cü ildə əmir seçilərək Ağqoyunlu tayfa ittifaqının başçısı oldu.Onunhakimiyyətiəmirliyi dövründə 1444-1453 Ağqoyunlular arasında müəyyən qədər sabitlik yarandı.Qaraqoyunlu Qara İsgəndərin oğlu Əlvəndin Cahangirə sığınması yeni Qaraqoyunlu hökmdarı Cahanşahı qəzəbləndirdi və o Diyarbəkirə hücuma keçdi.Bu mübarizə iki ilə qədər davam etdi.Savaşın sonunda bağlanan müqaviləyə görə Ağqoyunlu əmiri Cahangir Qaraqoyunlu Sultanı Cahanşaha tabe olurdu.Lakin Ağqoyunluların əzəli rəqibi olan Qaraqoyunlulara tabe olması kiçik qardaş Uzun Həsən və onun ətrafında birləşən əyanları qəzəbləndirdi, onlar Cahangir Mirzəyə qarşı çıxdılar.1453-cü ildə baş vermiş döyüşdə qardaşı Uzun Həsənə məğlub olan Cahangir Mirzə Mardinə qaçmaqla canını xilas etdi.

Bundan sonra Qaraqoyunlu Sultanı Cahanşaha sığınan CahangirəƏrzincan iqta olaraq verildi.Əbubəkr Tehrani Uzun Həsənin Cahangirə belə məktub yazdığını qeyd edir: Cahangir qardaşı Uzun Həsəndən incidi,onun günü-gündən artan zəfərlərindən qorxaraq Cahanşahın qərargahına yollandı.Uzun Həsən onu bu əməlindən çəkindirmək istədi.Dedi ki,biz bir anadan və atadan doğulmuş iki qardaşıq.Gərək bir-birimizlə əhd-peyman bağlayaq,and içək ki,bundan sonra sülh və dostluq yolunu tutacaq,müxalifət və düşmənçəlikdən uzaq olacağıq.BizimləQaraqoyunlular arasında qədim ədavət olduğuna görə,ona birləşmək münasib deyildir.

Cahangir isə müharibəyə davam etdi və 1457-ci ilin yaz aylarındayenə Uzun Həsənə məğlub oldu. 1469-cu ilədək Ərzincanda hakimiyyətdə qaldı.

Müizəddin Cahangir Mirzə Mardində “Cahangir bəy zəviyyəsi” vəNüsaybində məscid ucaltmışdır.Bundan əlavə imarət,xəstəxana vəmehmanxana da ucaltmış lakin bunlar günümüzə gəlib çatmamışdır. Cahangir Mirzə dörd oğlu ilə səltənətini qorumağa çalışmışdır.

Müizəddin Cahangir Mirzənin oğlanları:

1.Sultan Qasım

2.Həmzə bəy

3.Murad bəy

4.İbrahim bəy

Uzun Həsən

1453-1468 Ağqoyunlu Əmiri

1468-1478 AğqoyunluDövlətinin I Sultanı

Tam adı: Həsən ibn Əli ibn Qara Yülük Osman Bayandurdu.Əmir Teymurun Diyarbəkir,Elazığ,Mardin,Sivas, Urfa və Ərzincana 1403-cü ildə əmir olaraq təyin etdiyi Qara Yülük Osman bəyin nəvəsidi.Qara Osmana saqqalsız və bığsız olduğuna görə yülük deyirdilər.

Uzun Həsən 1423-cü ildə Diyarbəkirdə doğulmuşdu.Kitab-i Diyarbəkriyyə kitabında Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir.Uzun Həsən arıq və uzun boylu olduğu üçün “Uzun Həsən” adı ilə məşhur olmuşdu.Bir müddət Cahangirə yardım edən kiçik qardaşı Uzun Həsən ani bir basqınla Diyarbəkri almış (1453) və qardaşları Cahangir və Üveyslə dəfələrlə savaşaraq onlarıməğlub edib və onların köməyinə gələn Qaraqoyunlu ordusunu da məğlub və pərişan etmişdir.Nəhayət qardaşlarını da özünə tabe etmişdir.Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsənin haqqında yazır: “Uzun Həsən çox yeyir,az qala fasiləsiz olaraq şərab içir və öz qonaqlarına qulluq etməyi sevir.Onun yanında həmişə rəqqasələr və müğənnilər olur.Onlar onun əmri ilə oxuyub-oynayırlar.Ümumiyyətlə,o,şən xasiyyətli,arıq,ucaboy, qırmızısifət bir kişidir və üzündə tatar cizgiləri var”.

Uzun HəsəninQılınc ArslanBayanduru məğlub edərək Palunu ələ keçirməsi

Qılınc Arslan Bayandur Qara Yülük Osman bəyin qardaşı Əhməd bəyin oğlu,Ağqoyunluların Palu hakimi idi.Qara Yülük Osman bəyin ölümündən sonrsa başlamış Ağqoyunlular arasında ara müharibələrində taxt uğrunda mübarizə aparmağa başladı.Bu məqsədlə Qaraqoyunlu Qara İsgəndər ilə müttəfiqlik etdi.Qılınc Arslan Qaraqoyunlu dəstəyi ilə Harputu ələ keçirməyi bacardı. O Məmlüklər və Osmanlılar ilə də müttəfiqlik qursa da Ağqoyunlu taxtını ələ keçirmək səyləri uğursuzluqla nəticələndi.

1453-cü ildə hakimiyyətə gələn Uzun Həsən Qılınc Arslanı meydan savaşında məğlub etdi Palu və Harputu ələ keçirdi.

Uzun Həsənin Qaraqoyunlu və Teymurilər Dövləti ilə savaşları

Osmanlı Dövləti Qaraqoyunlu Sultanı Cahanşah və Teymurilər Dövləti Sultanı Əbu Səidi Uzun Həsən ilə savaşa təhrik edirlər.Bu arada Uzun Həsən Gürcüstan üzərinə yeni bir hücuma keçir və Ərzurumu tutur.Onun fəallaşdığını görən Cananşah Osmanlı Sultanı II Mehmedin məsləhəti ilə qəti qərar verir.II Mehmed oğlu şahzadə Bayezidi ordu ilə ona köməyə göndərəcəyini vəd edir.Cahanşah qoşun toplayaraq,onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir.Lakin yaxın adamlarının təkidi ilə o,döyüşə girmir və qoşunu qışlamağa göndərir.Düşmənin planlarından xəbər tutan Uzun Həsən gözlənilmədən Muş düzündə onların qarşısına (Muş döyüşü) çıxır.

Muş döyüşü 1467-ci il noyabrın 11-dəMuş düzənliyində QaraqoyunluCahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüşdür. Uzun Həsənin 12000 ordusu Qaraqoyunlu Cahanşahın 20000 ordusunuməğlub edir.Uzun Həsən Qaraqoyunlu ordusunun qalıqlarını məhv etməyi qərara alır.1467-ci il dekabrın 10-da səhər saatlarında 6000 nəfərlik qoşunu ilə Cahanşahın qərargahına qəfil basqın etdi.Güc nümayiş etdirmək imkanı belə tapa bilməyən Qaraqoyunlu qüvvələri dağıldı.Cahanşah bir əsgər tərəfindən öldürüldü,iki oğlu və bütün əyanlar əsir düşdü.Sonralar cənazəsi Təbrizə aparılaraq orada tikdirdiyi Göy məsciddə dəfn edildi.

Bir müddətdən sonra Uzun Həsən Xoy şəhəri yaxınlığında Qaraqoyunludövlətini bərpa etməkistəyən Cahanşahın oğlu Həsənəlini də məğlub edir.Uzun Həsən Cahanşahın başını onun müttəfiqi Əbu Səidə, Həsənəlinin başını isə Sultan II Mehmedə göndərir.

1468-ci ildə Uzun Həsən heç bir çətinlik çəkmədən Azərbaycanın cənubunu və Qarabağı tutdu.Qaraqoyunluların xeyli hissəsi Ağqoyunlulara birləşdi.Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu.

Uzun Həsən Teymurilər Dövləti (Turan) Sultanı Əbu Səidin (1451-1469) böyük ordu ilə Ağqoyunlulara qarşı yürüş təşkil etdiyini eşidərək Teymurilərlə toqquşmaq fikrindən çəkindi.O,məsələni münaqişəsiz həll etmək üçün diplomatik işlərdə şöhrət qazanmış anası Sara Xatunun başçılığı ilə Xorasanın Kabun adlanan yerində qərarlaşmış Sultan Əbu Səidin yanına qiymətli hədiyyələrlə bir heyət göndərdi və sülh təklif etdi.Ağqoyunlu elçiləri Əmir Teymur zamanından aralarındakı dostluğu xatırladaraq, yenə dostluq əlaqələrinin qalmasını arzu etdiklərini bildirmişdilər.Sultan Əbu Səid Uzun Həsənə tac, qızıl kəmərlə qılınc göndərdi,lakin hərbi yürüşü dayandırmadı.

Sultan Əbu Səid ordusu ilə Azərbaycan ərazisinə daxi oldu. Miyanədən Qarabağa yollandı.Teymuri ordusu Mahmudabad yaxınlığında düşərgə saldı.Uzun Həsənin əmri ilə Ağqoyunlu qüvvələri Əbu Səidin qoşununun yan yörəsinə hücumlar edib qətl və qarətə başladılar,Sultanın təchizatı hansı tərəfdən gəlirdisə,ələ keçirirdilər.Teymurilərin müttəfiqi Şirvanşah Fərrux Yasarın Uzun Həsənin tərəfinə keçməsi ilə Teymuri ordusunda qıtlıq başladı.Vəziyyətin mürəkkəbliyini nəzərə alan Əbu Səid geri çəkilməyə başladı.Sultanın əmir əl-ümərası Əmir Məzd Ərğun Ağqoyunlular tərəfindən əsir alındı.Sultan Əbu Səid sülh təklif etsə də, Uzun Həsən bu təklifi qəbul etmədi.1469-cu ilin fevral ayının 4-də qəflətən hücuma keçən Ağqoyunlu ordusu və Teymuri qüvvələri arasında baş vermiş Mahmudabad döyüşündə Teymuri ordusu darmadağın edildi.Uzun Həsənin oğlu Zeynal bəy Əbu Səidi təqib edib tutdu.Əsir götürülmüş Əbu Səid 1469-cu ilin fevral ayının əvvəllərində öldürüldü.Bu xəbər hər yerə yayıldı və hamının heyrətinə səbəb oldu. Kirmanın fəthi və Bağdadın alınması (1470) ilə Ağqoyunlu imperatorluğu quruldu.

İmperatorluğun hüdudları qərbdə Sivas və şərqdə Kirmanın Nərmaşir şəhəri idi.Bundan sonra Uzun Həsəndünya padşahı olmağı və Misir-Osmanlı ölkələrini alıb,özünə tabe etməyi düşünürdü. Bunun üçün Avropa dövlətləri,xüsusən Venesiya dövləti ilə yaxın münasibət qurub top və tüfəng sifariş verdi.

Ardı var

Seçilən
4
1
turkustan.az

2Mənbələr