AzVision.az Hindistanın Xarici İşlər nazirinin birinci müavini Vikram Misrinin açıqlamasına istinadən xəbər verir ki, Amerika tərəfinin təşəbbüsü ilə baş tutan telefon söhbəti 35 dəqiqə davam edib.
Onun sözlərinə görə, Pakistanla münaqişənin sırf ikitərəfli məsələ olduğu barədə Modi Hindistanın mövqeyinin dəyişməz qaldığını bildirib.
“Hindistan heç vaxt vasitəçiliyə razı olmayıb, indi də qəbul etmir və gələcəkdə də etməyəcək. Hindistan cəmiyyətində bu məsələdə tam siyasi yekdillik var”, - hindistanlı diplomat vurğulayıb.
Misri həmçinin xatırladıb ki, Hindistan 25 hindli və bir nepallının ölümü ilə nəticələnən Pahalqam terror hücumundan sonra “Sindur” əməliyyatına başladıqda atəşkəs üçün müraciət edən məhz Pakistan olub. Q, qeyd edib ki, atəşkəs danışıqları üçüncü tərəfin iştirakı olmadan birbaşa iki dövlətin hərbçiləri arasında aparılıb.
Donald Tramp daha əvvəl ABŞ-nin Hindistan və Pakistan arasında Kəşmirlə bağlı mübahisənin həllinə kömək etmək niyyətini açıqlamışdı. ABŞ prezidenti, həmçinin iddia edib ki, Amerika tərəfi guya iki ölkə arasında nüvə münaqişəsi təhlükəsinin qarşısını alıb. Bununla belə, Nyu-Dehli ardıcıl olaraq Kəşmir məsələsinin yalnız ikitərəfli formatda həll ediləcəyini vurğulayır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta