Bir həftədən çoxdur ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
Belə ki, bölgələrə fasiləsiz yağışlar yağır, güclü külək əsir və dolu düşür. Təbii ki, havaların belə əlverişsiz keçməsi kənd təsərrüfatına, o cümlədən ayrı- ayrı fermerlərə böyük ziyan vurub. Üstəlik də güclü külək bir çox insanların evlərinin dam örtüklərini dağıdıb.
Taxıl sahələrinə, meyvəçiliyə, bostan- tərəvəz m məhsullarına demək olar ki, böyük ziyan vurulması faktı aşkarlanıb. Bəzi fermerlər onlara dəyən maddi ziyanın ödənilməsi üçün dövlətdən kömək istəyirlər. Aydındır ki, təbii fəlakətlər zamanı dövlət həmişə xalqın yanında olub. Və heç şübhəsiz, bu dəfə də belə olacaq! Əlbəttə hər bir fermer öncədən təsərrüfatını sığortalatmıdır.
Ən azından ona görə ki, belə problemlər olanda onlara adiyyatı qurumlar tərəfindən kömək göstərilə bilsin! Hidrometeoroloqların verdiyi məlumata görə ölkə ərazisində qeyri - sabit hava şəraiti iyunun 18- kimi davam edəcək. Yeni el dilində demiş olsaq bir neçə gündən sonra hava açılacaq.Üstəlik də bir neçə gündən sonra- yeni iyunun 22- də yay girir!
Emil Faiqoğlu