AZ

İrandan İsrailə 400 ballistik raket atılıb

İyunun 13-dən bəri İran ərazisindən İsrailə 400 ballistik raket atılıb, 40 zərbə yeri qeydə alınıb, 24 nəfər ölüb, 800-dən çox insan yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman Teleqram kanalında məlumat verib.

"Əməliyyat başlayandan 400-ə yaxın ballistik raket buraxılıb, yüzlərlə pilotsuz uçuş aparatı buraxılıb və təxminən 40 zərbə yeri qeydə alınıb. Mülki əhali arasında itkilər: 24 ölü, 804 yaralı", - Gendelman yazıb.

Seçilən
11
ucnoqta.az

1Mənbələr