AZ

“Leyptsiq”in futbolçusu Premyer Liqaya doğru

“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons yay transfer pəncərəsində komandanı tərk etmək qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı niderlandlı ilə “Liverpul”, “Mançester Siti” və “Mançester Yunayted” maraqlanır. Alman klubu Simonsun satışı üçün təxminən 80 milyon avro tələb edəcək.

2024/25 mövsümündə Simons Leypsiq üçün bütün yarışlarda 32 matçda 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

“Transfermarkt” futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.

Seçilən
4
1
idmanxeber.az

2Mənbələr