AZ

“Yaxın Şərqdəki nüvə təhlükəsi dünyəvidir" - Rusiya XİN

“Yaxın Şərqdəki nüvə təhlükəsi hipotetik deyil, həm region, həm də dünya üçün təhlükə yaradan real və praktiki ölçüyə malikdir”.


Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.


“Bütün bunlar təkcə eskalasiyaya deyil, həm də region və dünya üçün birbaşa təhlükəyə gətirib çıxarır, çünki dinc məqsədli atom və ya nüvə obyektlərinə hücumlar həyata keçirilir”, – diplomat bildirib. 


O, vurğulayıb ki, İranın hazırda hücuma məruz qalan dinc nüvə obyektlərini müdafiə etmək hüququ olub və həmişə olacaq.

 

Fidan Hacızadə
Sfera.az

 

Seçilən
12
sfera.az

1Mənbələr