AZ

İran İsrailin radara görünməyən F-35 qırıcılarını vurub? - AÇIQLAMA

İran tərəfi İsraillə münaqişənin ilk 24 saatında artıq üç ədəd son model F-35 qırıcısını məhv etdiyini açıqlamışdı. Sonra Təbrizdə bir, bu gün isə Tehran yaxınlığındakı Vəramin üzərində daha bir F-35-in vurulduğu elan edilib. Bununla da iddialara görə, İran tərəfi sayca beşinci radara görünməyən təyyarəni vurduğunu iddia edib. 

Hərbi ekspert Ədalət Verdiyev bu barədə "Unikal"a açıqlamasında bildirib ki, stels texnologiyasına malik F-35-lərin radarlarda görünmə əmsalı çox kiçikdir: 

"Lakin dünyada mövcud olan istənilən hava hücumu vasitəsi, o cümlədən də beşinci nəsil qırıcıların vurulması ehtimalı mövcuddur. Digər tərəfdən isə hər bir qırıcının düşmən atəşindən yayınmaq məsələsi pilotun peşəkarlığından da çox asılıdır. 

Ədalət Verdiyev HƏBS EDİLDİ | Modern.az

İranın sadəcə sözlərdən ibarət olan bəyanatları, o cümlədən də çox sayda F-35 təyyarəsinin vurulmasına dair verdiyi son açıqlamalar daxili auditoriyaya hesablanmış bəyanatlar da ola bilər. F-35-lər vurula bilər, ama beş ədəd vurulmasına dair İran tərəfi heç bir vizual görüntülər təqdim etmir. Daha əvvəllər də biz İran tərəfindən guya İsrailə nüvə silahının tətbiq edilməsinə hazırlıq görülməsi ilə bağlı bir videoroliki izləmişdik. Halbuki hamı bilir ki, İran nüvə silahını əldə etmək istəyir, amma hazırda İranda nüvə silahı mövcud deyil. Ona görə də belə görüntülər gələcəkdə də ola biləcək. 

Zənnimcə, yaxın iki gün ərzində İran tərəfi ciddi bir şəkildə cəzalandırılacaq və yaxın bir həftə ərzində də təslim olmağa və yaxud da İsrailin bütün tələblərini qəbul etməyə məcbur olacaq". 

Qeyd edək ki, F-35-lər Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən (stealth), tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. 

Stels texnologiya döyüş təyyarəsinə yerüstü radarlar tərəfindən qeydə alınmadan düşmən ərazisinə nüfuz etməyə imkan verir. Düşmən təyyarələri ilə daha sıx təmasda olduqda, F-35 digər təyyarələrin radarlarında kiçik bir en kəsik kimi görünür, bu isə pilota düşmən qırıcısına birinci hücum etməyə imkan verir. Pilotun dəbilqəsinə yerləşdirilən displey, qırıcının havadakı mövqeyindən asılı olmayaraq hədəfə atəş açmağa imkan verir. Yəni birbaşa hədəfin qarşı tərəfində yerləşmək vacib deyil. Bundan əlavə, F-35 qırıcıları düşmən radarlarını "söndürmə" funksiyasına malikdir. 

İsrail Orta Şərqdə əməliyyata hazır və aktiv F-35-ləri olan yeganə ölkədir. F-35 hərbi təyyarəsini döyüş şəraitində tətbiq edən ilk ölkə də İsrail olub. İndiyədək F-35-lərdən Suriya, Livan, Fələstiv və son olaraq da İranda istifadə edilib. 

İranı vuran F-35-lərin görüntüləri yayıldı - FOTOLAR

Qırıcının bir saat havada qalması 35-44 min dollara başa gəlir.

Tək bir F-35 qırıcısının qiyməti variantdan (A, B, C) və istehsal tarixindən asılı olaraq ümumilikdə 80 milyon dollardan 109 milyon dollara qədər dəyişir. 

F-35 proqramının 66 illik həyat dövrü ərzində inkişafı, istehsalı və saxlanması daxil olmaqla ümumi dəyərinin 1,7 trilyon dollardan çox olduğu təxmin edilir.

Ağarza Elçinoğlu 

Seçilən
20
1
unikal.az

10Mənbələr