AZ

Devrilmiş monarxın oğlu İranı üsyana çağırır

İranın devrilmiş monarxı Rza Pəhləvinin sürgündəki oğlu ölkənin İsraillə davam edən qarşıdurması fonunda İran xalqını üsyana çağırıb. Bu barədə CNN məlumat yayıb.

Uzun müddətdir ki, ayətullah rejiminin devrilməsinin tərəfdarı olan İranın sonuncu şahı və vəliəhd şahzadəsinin oğlu “İslam Respublikası sona çatıb və o, dağılır” deyib.

O, hesab edir ki, İrana "bu kollektiv kabusa əbədi son qoymaq" üçün ümumi üsyana ehtiyac var.

"İndi ayağa qalxmaq vaxtıdır. İranı geri almaq vaxtıdır. Biz hamımız bir yerdəyik. İslam Respublikasının süqutundan sonra nə olacaq deyə narahat olmayın. İran qeyri-sabitlik və ya vətəndaş müharibəsi dövrünə girməyəcək", - o deyib.

Qeyd edək ki, Pəhləvi son illərdə İsraillə əlaqələrini gücləndirib. O, dəfələrlə yəhudi dövlətinin hərəkətlərini dəstəkləyib. Onun atası, mərhum İran şahı da 1979-cu ildə devrilməmişdən əvvəl İsraillə isti əlaqələrə malik idi.

Əziz Mustafa

Seçilən
7
oxumeni.az

1Mənbələr