AzVision.az xəbər verir ki, məsələdən hali olan 4 mənbəyə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.
Mənbələrdən ikisinin dediyinə görə, səfərin gündəliyi hələlik dəqiq məlum deyil. Bununla belə, Kellogg özəl qaydada bildirib ki, o, səfəri Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün sülh danışıqlarına doğru potensial addım kimi görür. Rəsmi mənbələr belə bir məlumat vermədiyindən səfərin real olub-olmayacağı bəlli deyil.
ABŞ Dövlət Departamenti, Ağ Ev, Kelloqun özü və Belarusun Vaşinqtondakı səfirliyi məlumatı şərh etmək istəməyib.
“Əslində belə diplomatik səfərlər incə danışıqlar tələb edir və son anda dəyişdirilə və ya ləğv oluna bilər”,- agentlik vurğulayır.
Səfər baş tutsa, Kelloq son illərdə Belarusa səfər etmiş ən yüksək rütbəli ABŞ rəsmisi olacaq. Sonuncu belə səfər 2020-ci ildə ABŞ-nin həmin dövrdəki Dövlət katibi Mayk Pompeonun Minskə gəldiyi zaman baş tutub.
Xatırladaq ki, mart ayında Aleksandr Lukaşenko Putinlə danışıqlar zamanı “amerikalıların heç bir planı olmadığını”və Vaşinqtonun sadəcə “zəmin axtardığını” bildirmişdi. Belarus prezidenti həmçinin Minskdə ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə sülh danışıqlarının keçirilməsini təklif edib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta