AZ

Masallı rayonunda Vətən Müharibəsi şəhidinin doğum günündə xatirəsi anıldı » AzadMedia.az


18 iyun 2025-ci il tarixində Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev, Rəmzi Şahverdiyev, Masallı RPŞ-nin əməkdaşları və şəhid valideyinlərinin iştirakı ilə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Masallı rayon Şərəfə kənd sakini Vəliyev Ramazan Hilal oğlunun doğum günü münasibəti ilə anım tədbiri keçirilib.

Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığlarını bildiriblər.

Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan, düşmənə sinə gərən qeyrətli Vətən oğullarının əziz xatirəsini yaşatmaq və ehtiram göstərmək hər birimizin müqəddəs borcudur.


Allah rəhmət eləsin!
Seçilən
14
1
azadmedia.az

2Mənbələr