AZ

İsrail ABŞ-nin köməyi olmadan 10 gün müdafiə oluna biləcək

İsrailin hava hücumundan müdafiə sistemi ABŞ-ın köməyi olmadan daha on gün ərzində İranın hücumlarını dəf edə biləcək, bundan sonra raket ehtiyatları tükənəcək. Bu barədə The Washington Post yazır.


Məqalədə yazılıb: "Əgər İran sabit hücum tempini qoruyarsa, İsrail Birləşmiş Ştatlardan əlavə yardım almadan raketdən müdafiə sistemini daha on və ya on iki gün saxlaya biləcək".


Müəllifin fikrincə, müdafiə sursatlarının formalaşdırılması zərurəti ilə əlaqədar həftənin sonunadək İsrailin hava hücumundan müdafiə sistemləri İrandan atılan raketlərin kiçik bir hissəsini tuta biləcək.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Seçilən
10
news365.az

1Mənbələr