AZ

Trampın nümayəndəsi Lukaşenko ilə görüşə hazırlaşır

Trampın

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq prezident Aleksandr Lukaşenko ilə görüşmək üçün Belarusa səfər edə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadla yazıb.

Səfər zamanı Kelloq Lukaşenko ilə görüşəcək.

Agentliyin yazdığına görə, bu məlumat eyni anda dörd diplomatik mənbədən daxil olsa da, hələ ki, rəsmi təsdiqi yoxdur.

İki mənbə bildirir ki, hələlik dəqiq gündəm məlum deyil. Eyni zamanda, Kelloq özəl olaraq deyib ki, o, bu səfəri Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün sülh danışıqlarının başlanması istiqamətində potensial addım hesab edir.

ABŞ Dövlət Departamenti, Ağ ev, Kelloqun özü və Belarusun Vaşinqtondakı səfirliyi bu məlumatı şərh etməkdən imtina ediblər.

Agentlik qeyd edir ki, belə diplomatik səfərlər incə danışıqlar tələb edir və son anda dəyişdirilə və ya ləğv edilə bilər.

E. KAMAL
Seçilən
88
50
reyting.az

10Mənbələr