"Times Higher Education (THE) Impact Ranking 2025 açıqlandı. Bu reytinq universitetlərin əsasən cəmiyyətə, ətraf mühitə və iqtisadi inkişafa olan təsirini qiymətləndirir".
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlətr İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov rəsmi feysbuk hesabında qeyd edib.
Rektor bildirib ki, universitetlər istədikləri qədər SDG üzrə öz fəaliyyətlərini təqdim edə bilərlər, amma SDG 17 (Tərəfdaşlıqlar) isə hər universitet üçün məcburidir:
"Keçən ilki 1001-1500-ci yerdən UNEC bu ilki reytinqdə 801-1000-ci yerə yüksəlib. UNEC başda olmaqla THE Impact Ranking 2025 Reytinqdə uğur qazanmış bütün universitetlərimizin hamısını təbrik edir və yeni uğurlar arzu edirəm",- deyə Ə.Muradov fikrini tamamlayıb.