AZ

Gürcüstan 25 əcnəbini deport etdi

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları 25 əcnəbini deportasiya ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində Gürcüstandan Ermənistan, Banqladeş, Misir, Hindistan, İran, Çin, Nigeriya, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan və Türkiyə vətəndaşları deportasiya edilib. Deportasiya edilmiş şəxslərin respublikaya gəlməsi qadağandır.

Seçilən
7
ucnoqta.az

1Mənbələr