“Ənsar Allah” sözçüsü Məhəmməd əl-Buxaiti Yəmən husilərinin İsrailə qarşı hərbi qarşıdurmada İrana qoşulacağını bildirib.
Editor.az bildirir ki, bu barədə “Əl-Cəzirə” xəbər verir: “Biz Qəzzədəki qardaşlarımızı dəstəklədiyimiz kimi, sionist təcavüzü ilə mübarizədə Tehranı dəstəkləmək üçün müdaxilə edəcəyik.
Qəzza zolağında İsrail və HƏMAS arasında qarşıdurma kəskinləşdikdən sonra husilər Qırmızı dənizdə İsrail bayrağı altında üzən, eləcə də İsrail şirkətlərinin idarə etdiyi və ya onlara məxsus gəmilərə hücum etməyə başlayıblar. Onlar həmçinin Fələstinə dəstək olaraq İsrailə bir neçə zərbə endiriblər.
Xatırladaq ki, iyunun 13-də İsrail “Şir kimi millət” əməliyyatına başlayıb. Ölkə İranın nüvə və hərbi obyektlərinə raket zərbələri endirib. İran bir sıra raket hücumları ilə cavab verdi.
//Samir Qurbanov, Editor.az