Ajans.az xəbər verir ki, bu barədə hökumət başçısının sərəncamında bildirilir. Sənədin mətnində deyilir: “Armen Abazyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib. Sərəncamda həmçinin Ermənistan Xidmətinin direktor müavini Andranik Simonyanın direktor vəzifəsini müvəqqəti icraçısı təyin edilməsi də nəzərdə tutulur. Abazyanın istefa verməsinin səbəbləri hələlik açıqlanmayıb. Onun bu vəzifəni 2020-ci ilin noyabrından tutduğu məlum olub.