"Qalatasaray" klubu “İnter”də çıxış edən türkiyəli ulduz futbolçu Hakan Çalhanoğu ilə prinsipial razılığa gəlib.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Hakan Çalhanoğlunu hədəfə alan "Qalatasaray" milli futbolçu üçün çalışmalarına bütün sürəti ilə davam edir.
Məlumata görə, ulduz futbolçu sarı-qırmızılı kluba gəlməyə razıdır.
Qeyd olunub ki, "Qalatasaray" Hakan Çalhanoğlunun transferini 15-20 milyon avro qarşılığında tamamlamağı hədəfləyib. Əgər "İnter" bu rəqəmi qəbul edərsə, Hakan Çalhanoğlu gələn mövsüm "Qalatasaray"ın formasını geyinəcək.
Daşqın HəsənovMissiya.Az