AZ

UNEC-dən daha bir beynəlxalq uğur - FOTO

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 95 illik yubileyində beynəlxalq səviyyədə böyük uğura imza atıb.

"Unikal" xəbər verir ki, Times Higher Education (THE) Impact Ranking 2025-in nəticələrinə görə, UNEC ciddi irəliləyişə nail olub. Ötən il 1001-1500-ci yerdən olan UNEC bu ilki reytinqdə 801-1000-ci yerə yüksəlib.

Qeyd edək ki, Times Higher Education Impact Ranking universitetlərin cəmiyyətə, ətraf mühitə və iqtisadi inkişafa olan təsirini qiymətləndirir. Reytinqdə universitetlər istənilən sayda Dayanıqlı İnkişaf Məqsədi (SDG) üzrə fəaliyyətlərini təqdim edə bilərlər, lakin SDG 17 – Tərəfdaşlıqlar indikatoru bütün iştirakçılar üçün mütləq tələb kimi müəyyən edilib.

 

Seçilən
15
8
unikal.az

9Mənbələr