AZ

Əziz və dəyərli tibb işçiləri, peşə bayramınız mübarək olsun!

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Əziz və dəyərli tibb işçiləri, peşə bayramınız mübarək olsun!

Ulu Öndər Heydər Əliyevin səhiyyənin və sahibkarlığın inkişafına  verdiyi töhfə unudulmazdır. Biz hər zaman qəlbimizdə sevgi və ehtiramla Heydər Əliyevi xatırlayır və Allahdan Ona rəhmət diləyirik. O, bildirirdiki "Dövlət və özəl sektor bir-birinə rəqib deyil, tərəfdaşdır. Biz sahibkarları müdafiə etməliyik. Onların inkişafı, güclənməsi bütövlükdə  dövlötin marağındadır."

Sahibkarlıq  fəaliyyətinə ölkəmizdə yaradılan münbit sərait imkan verdi ki, mən də 2013-cü ildə 29 yaşında ikən öz komandamı yığaraq işə başladım. Hazırda komandamın hər üzvü öz işinin peşəkarlarıdırlar. Bunun üçün isə biz çox çətin yol keçmişik. Öz ölkəmizdə tibbi kosmetologiya sahəsi üzrə təhsil ocağı olmadığından, ailələrimizin maddi və mənəvi dəstəyi ilə dünyanın bir çox ölkəsində əlavə təhsil alaraq, ən yeni metodikalara yiyələnmişik. Zaman ötdükcə tam səffaf, dürüst və peşəkar işimizlə nəinki ölkədə, həmçinin ölkəmizin hüdudlarından kənarda da tanındıq. Qonşu ölkələrdən gələn pasiyentlərimiz də göstərilən xidmətdən razı qalırlar. İstanbulda, Dubayda vaxtım olduqca master klaslar verərək peşəmin sirlərini məmnuniyyətlə öyrədirəm.

"Estetik Kosmetologiya Mütəxəssisləri" (EKM) ictimai birliyi Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, dürüstlük, insanpərvərlik və xeyirsevərlik kimi keyfiyyətlərlə fəaliyyət göstərməyə davam edir. Şəhid ailələri, muharibə iştirakçıları  və ümumilikdə cəmiyyətin həssas təbəqəsinə mənsub olan insanlara dəstək olmaq mənəvi borcumuzdur. EKM İctimai Birliyi bu amal ilə müxtəlif layihələr həyata keçirir, ehtiyacı olan insanların yanında olmağa səy göstəririk. Mütamadi olaraq, valideyinlərini itirmiş uşaqların qaldığı sığınacağa və zorakılığa məruz qalmış qadınlara, xəstə uşağı ilə mücadilə edən tənha analara baş çəkərək, onlara dəstək oluruq.

EKM ictimai birliyinin (EKMİB) layihəsi olan "0-dan peşə öyrən və inkişaf etdir" tədris kursunu müvəffəqiyyətlə bitirmiş və tibbi təhsil tələb etməyən kosmetologiyanın bir neçə peşəsini öyrənən  və tətbiq edən şəhid və qazı ailələrin xanımları, əlil arabasında dərsə nizamlı şəkildə gələn xanımların gülər üzünü görmək insanı o qeder xoşbəxt edir ki... EKMİB-in "Xankəndi, Füzuli və Beyləqan rayonlarında estet kosmetoloq peşəsinin tədrisi" layihəsini  uyğun bir zamanda həyata keçirməyi planlaşdırırıq. 22.11.2024-cü tarixdə kosmetologiya sahəsində mövcud problemlərlə bağlı dövlətimizə dəstək məqsədilə yaradılmış "Estetik Kosmetologiya Mütəxəssisləri" İctimai Birliyinin (dövlət qeydiyyatı: 05.10.2020-ci il) İdarə Heyətinin sədri olaraq kosmetologiya sahəsinin inkişafı kosmetoloqların sertifikasiyadan keçmələri üçün Həkimlərin Təkmilləşdirmə İnstitutunda yalnız həkim dermatoveneroloqlar üçün deyil, eyni zamanda əvvəllər olduğu kimi 5 ildən artiq kosmetologiya sahəsində püxtləşən həkimlər üçün də "Tibbi Kosmetologiyanın əsasları" təkmilləşdirmə kursları əlçatan olmasına şərait yaradılacaq. Kosmetologiya sahəsində peşəkar kadrların yetişdirilməsi üçün  Azərbaycan Tibb Universitetində "Kosmetologiya" ixtisası üzrə magistratura proqramı nəzərdə tutulmuşdur. Kosmetologiya sahəsində öz sözünü demiş, tanınmış həkim kosmetoloqlar səbirsizliklə gözləyir bunu, belə ki, fəaliyyətlərini davam etdirmək üçün sertifikasiyadan keçmək imkanı əldə edə biləcəklər.

Əziz və dəyərli tibb  işçiləri!

Başda Səhiyyə naziri Teymur Mustafayev olmaqla bütün səhiyyə işçilərinin peşə bayramını təbrik edir, hər birinizə uzun omür və işinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə, dermato-veneroloq, kosmetoloq, LBC estetik klinikasının yaradıcısı, EKM ictimai birliyinin İdarə Heyətinin sədri dr.Rəna Soltanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
baku.ws

2Mənbələr