AZ

Klublararası dünya çempionatı: "Real Madrid" ilə "Mançester Siti" ilk sınağına çıxır

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki,mundialın beşinci günündə daha 4 oyun baş tutacaq.

Qarşılaşmalardan ikisi Bakı vaxtı ilə bu axşam, digər ikisi isə gecə saatlarında başlayacaq.

Əvvəlcə F qrupunda yer alan "Mançester Siti" ilə Mərakeşin "Vidad" komandası üz-üzə gələcək. Görüş saat 20:00-da başlayacaq. Bu qrupun digər matçı - "Əl-Əyn" (BƏƏ) - "Yuventus" (İtaliya) qarşılaşması gecə saat 05:00-də oynanılacaq. 

H qrupunda isə əvvəlcə "Real Madrid" ilə Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunun start fiti saat 23:00-da səsləndiriləcək. Bakı vaxtı ilə saat 02:00-da isə "Paçuka" (Meksika) - "Zalsburq" (Avstriya) görüşü başlayacaq.

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.

Seçilən
11
fanat.az

1Mənbələr