"Liverpul"un sahibi olan Fenway Sports Group (FSG) İspaniyadan klub almaq istəyir.
Offsideplus.az xəbər verir ki, onlar öz portfelini İspaniya klubu ilə genişləndirməyi planlaşdırır, favorit isə "Xetafe"dir.
Bu barədə "AS" nəşri məlumat yayıb.
FSG 2010-cu ildən "Liverpul"u idarə edir.. Onlar eyni zamanda ABŞ-da beybzol komandası olan Boston Red Sox və buz hokkeyində mübarizə aparan Pittsburgh Penguins klublarının da sahibidirlər.