AZ

Yaxın 24-48 saat ərzində ABŞ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər

Vaşinqtonun İsrail hərbi əməliyyatına qoşulması ilə bağlı qərar yaxın 24-48 saat ərzində verilə bilər. Bu barədə “ABC News” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton bu müddət ərzində İranla münaqişənin diplomatik yollarla həllinin mümkün olub-olmaması və ya ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatlara əl atacağına qərar verə bilər.
Telekanalın mənbələrinin bildirdiyinə görə, ABŞ hələ də Tehranı danışıqlar masasına qaytara və uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını ehtiva edən saziş imzalamağa məcbur edə biləcəklərinə inanır.

Xatırladaq ki, İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün Oman vasitəsilə 5 dəfə dolayı danışıqlar aparıb. Müqavilə bağlamaq üçün bir neçə cəhdə baxmayaraq, uranın zənginləşdirilməsi ilə bağlı mübahisələrə görə məsləhətləşmələr iflasa uğramaq təhlükəsi ilə üzləşib. İyunun 15-də Maskatda keçirilməsi planlaşdırılan danışıqların altıncı raundu İsrailin İrana hücumundan sonra ləğv edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr