AZ

Türkiyədə bu gecə son şans - Sabahdan bahalaşır

İsrail və İran arasında davam edən gərginlik dünya neft bazarına ciddi təsir göstərib. Son məlumatlara görə, neftin qiyməti 10 faizdən çox bahalaşıb. Bu isə yanacaq məhsullarının qiymətlərində artımla nəticələnib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkədə artıq son günlərdə dizelə 2 dəfə, benzinə isə 1 dəfə qiymət artımı baş verib.

Belə ki, Türkiyədə sabahdan etibarən benzinin qiymətinə 1,56 TL, dizelin qiymətinə isə 1,87 TL bahalaşma gözlənilir. Artım birbaşa yanacaqdoldurma məntəqələrindəki qiymətlərə əks olunacaq.

Hazırkı yanacaq qiymətləri (İstanbul):

Benzin: 48,39 TL

Dizel: 49,46 TL

LPG: 25,09 TL

Əsmətxanım


Telegram kanalımız
Seçilən
10
1
yenisabah.az

2Mənbələr