AZ

İran hazırlıq görür: Bu ölkəni vurmaq üçün

ABŞ-nin müharibəyə qoşulacağı təqdirdə, İran bu ölkənin Yaxın Şərqdəkə bazalarına hücum etmək üçün raket və digər hərbi texnika hazırlayıb. 

“Cebheinfo.az"-ın məlumatına görə, kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmiləri “New York Times”-a bu barədə açıqlama veriblər. 

Rəsmilər bildiriblər ki, ABŞ İsrailin kampaniyasına qoşulub İranın əsas nüvə obyekti olan "Fordo"nu vurarsa, İranın dəstəklədiyi Husi üsyançıları Qırmızı dənizdə gəmiçiliyə hücumları bərpa edəcəklər. Onlar əlavə ediblər ki, İraq və Suriyadakı iranpərəst silahlı birləşmələr çox güman bu ölkələrdəki Amerika bazalarına hücum etməyə çalışacaqlar.

Digər mənbələr İranın hücuma məruz qalacağı təqdirdə Hörmüz boğazında minalama işlərinə başlaya biləcəyini bildiriblər.

İki İran rəsmisinin sözlərinə görə, ABŞ İsrailin tərəfində müharibəyə qoşulacağı təqdirdə Tehranın İraqdan başlayaraq Yaxın Şərqdəki Amerika bazalarına zərbələr endirəcəyini etiraf edib. Qəzet yazır ki, İran hücumda iştirak edən ərəb ölkələrində yerləşən istənilən ABŞ hərbi obyektinə zərbə endirəcək.

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr