Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev (Tolik) Atalar Günü münasibətilə sosial şəbəkə hesabında duyğusal paylaşım edib.
Yenisabah.az xəbər verir ki, o, qızı Milana ilə bağlı hisslərini bölüşərək ilk dəfə bu bayramın onun üçün də xüsusi məna daşıdığını vurğulayıb.
“Hər zaman Atalar Günü haqqında eşidəndə, bir gün bu günün mənim üçün də gələcəyini düşünərdim. Və bu gün, mən özümü bir ata kimi çox xoşbəxt hiss edirəm, çünki Milanamın atasıyam. Bu gün mənim bayramımdır. İndi qızım mənə təbrik edə bilməsə də, inşallah, böyüyəndə hər dəfə mənə gəlib deyəcək: "Ata, Atalar Günü mübarək!" Allah bütün ailələri xoşbəxt etsin, övlad həsrəti ilə yaşayan bütün ailələrə övlad nəsibi versin. Allah bütün ataları və anaları qorusun” – deyə Tolik yazıb.
Qeyd edək ki, Tarix Əliyev paylaşımına qızı Milananın görüntüsünü də əlavə edib. O, eyni zamanda qızının dayəsi olan Nuranəni də unutmayaraq onun adını da qeyd edib.
Əsmətxanım
Telegram kanalımız