Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan tutduğu vəzifədən azad edilib.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, qərarın mətni hökumətin saytında dərc edilib.
Bildirilib ki, müvafiq qərar bu gün səhər Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilib.
Qeyd edək ki, Armen Abazyan 2020-ci il noyabrın 8-də Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib.
Daşqın HəsənovMissiya.Az