AZ

Bakıda Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir

BAKI, 18 iyun. TELEQRAF

İyunun 18-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Teleqraf xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri qoyublar.

Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb. Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Konfransda Azərbaycan Respublikası Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Baş prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Prezident AdministrasiyasınınQanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsininhakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov, Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzdenin çıxışı nəzərdə tutulub, həmçinin Türkiyənin Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu, Albaniya Ali Məhkəmə Şurasının sədri İlir Rusi və digər ölkələrin hüquq ictimaiyyətinin nümayəndələrinin iştirak ediblər.

Tədbirdə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Konfransda çıxışlar dinləniləcək, daha sonra “Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər”, “Hakim korpusunun komplektləşdirilməsi” və digər mövzularda panel müzakirələr təşkil ediləcək.

Konfrans çərçivəsində həmçinin ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Seçilən
18
9
teleqraf.com

10Mənbələr