AZ

İran HHQ Tehran vilayəti üzərində İsrailə məxsus F 35 i vurub

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Vəramin şəhəri üzərində İsrailə məxsus hərbi təyyarəni vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə Mehr agentliyi şəhər hakimiyyətinin nümayəndəsi Hüseyn Abbasiyə istinadən məlumat yayıb.

"Təhlükəsizlik xidməti və hərbçilər hadisənin təfərrüatlarını öyrənirlər, əlavə məlumat yaxın vaxtlarda açıqlanacaq", - deyə Abbasi qeyd edib.

Daha sonra o, İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-35"in şəhərin səmasında vurulmasına aydınlıq gətirib.

“Ordunun hava hücumundan müdafiə sistemləri düşmənə məxsus sionist rejimin (İsrail nəzərdə tutulur) "F-35" qırıcısını Vəramin şəhərinin Cavadabad bölgəsində vuraraq məhv edib”, - deyə İRNA agentliyi onun sözlərindən sitat gətirir.

Bu "F-35" iyunun 13-də İran-İsrail eskalasiyası başlayandan bəri vurulan beşinci İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi oldu.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
icma.az

1Mənbələr