AZ

Yeni transfer etdilər, 2030-cu ilə qədər müqavilə bağladılar

“Vilyareal” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı sualtı qayıqlar” “Las Palmas”ın vingeri Alberto Moleyro ilə anlaşıblar.

21 yaşlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə bağlanıb. Sözügedən keçid “Vilyareal”a 16 milyon avroya başa gəlib.

Moleyro ötən mövsüm “Las Palmas”ın heyətində 35 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
53
1
sportinfo.az

10Mənbələr