AZ

Ağciyər Xəstəlikləri İnstitununda müalicə alan şəxs pəncərədən yıxılıb öldü

BAKI, 18 iyun. TELEQRAF

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitununda faciəli hadisə baş verib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə iyunun 16-da, saat 23 radələrində qeydə alınıb.

Şəmkir rayon sakini, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev M.X.Şərifli küçəsində müalicə aldığı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun 3-cü mərtəbəsindəki pəncərədən yıxılıb. O, vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Q. Abdullayev əvvəllər Cinayət Məcəlləsinin 181, 228 və 234-cü maddələri ilə məhkum olunub.

Seçilən
18
teleqraf.com

1Mənbələr