İranın ali dini lideri Əli Xamneyi İsraillə hərbi münaqişənin yeni mərhələsini elan edib...
Poliqon xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Döyüş başlayır", deyə Xamenei yazıb.
İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək, əməliyyata başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, həmçinin iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.
Həmin gün axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu "Əsl vəd-3" adlı cavab əməliyyatının başladığını elan edib. İsrailə qarşı raket zərbələri endirilib.
İsrail və İran arasında münaqişənin kəskin mərhələsi 5 gündür ki, tərəflərin raket zərbələri mübadiləsi ilə davam edir. ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinə zərbələr endirəcəyini istisna etməyib və İslam Respublikasından tam təslim olmağı tələb edib. Amerika lideri müharibəyə girib-girməyəcəyinə qərar verir. Trampın Milli Təhlükəsizlik Şurasının bu axşam keçiriləcək iclasından sonra açıqlama verəcəyi gözlənilirdi, lakin o, hələ heç nə deməyib.
Poliqon.info