AZ

İsrail və İrandan strateji zərbələri ilə bağlı açıqlama

İsrail Müdafiə Qüvvələri (IDF) çərşənbə günü gecə İran paytaxtındakı hərbi obyektlərə bir sıra hava zərbələri endirib.

Ölkə.Az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, zərbələr İranın nüvə proqramı və raket sənayesi ilə bağlı istehsal müəssisələrini hədəf alıb.

Açıqlamaya görə, kəşfiyyat agentliyi tərəfindən dəstəklənən 50-dən çox İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi, İsrailin nüvə silahı proqramı çərçivəsində uranın zənginləşdirilməsinin miqyasını və sürətini genişləndirmək niyyətində olduğunu iddia etdiyi Tehrandakı sentrifuqa istehsalı müəssisəsinə hücum edib.

Silah istehsalı sahələri, o cümlədən İranın İsrailə zərbə endirmək üçün istifadə etdiyi “yer-yer” ballistik raketləri üçün komponentlər, həmçinin hava hücumundan müdafiə sistemləri və təyyarələri məhv etmək üçün nəzərdə tutulmuş komponentlər istehsal edən obyektlər də vurulub.

İran tərəfi isə bildirib ki, İsrailə qarşı "11-ci əməliyyat" zamanı Tel-Əvivin hava hücumundan müdafiə sistemlərini üstələyən və yəhudi dövlətinin ərazisindəki hədəfləri vuran "Fateh" raketlərindən istifadə edilib. Bu hücumun İsrailin müdafiəsinin “sonunun başlanğıcı” olduğu qeyd edilir. "İranın işğal olunmuş ərazilər üzərində (İsrail) hava məkanına tam nəzarəti var, bu ərazilərin sakinləri İranın raket zərbələrinə qarşı tamamilə müdafiəsiz idilər", - deyə İslam İnqilabı Keşikçilər korpusu qeyd edib.

Seçilən
8
1
olke.az

2Mənbələr