AZ

İran uçuş qadağasının müddətini yenidən uzatdı

Bakı. Trend:

İranın hava məkanı bu gün Bakı vaxtı ilə 14:30-a qədər bağlıqalacaq.

Trend xəbər verirki, bunu İslam Respublikasının Mülki Aviasiya Təşkilatınınnümayəndəsi Mehdi Ramezani bəyan edib.

“Ölkənin hava məkanı bu gün 14:00-a kimi (Bakı vaxtı ilə 14:30)bağlı olacaq”, - Ramezani bildirib.

Qeyd edək ki, bundan əvvəl rəsmi Tehran İranın hava məkanındatətbiq olunan uçuş qadağasının müddəti 18 iyun Bakı vaxtı ilə02:30-a qədər uzadıldığını elan etmişdi.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Seçilən
17
4
az.trend.az

10Mənbələr