AZ

Almaniya kansleri: İsrail İranda bütün Qərb üçün çirkli iş görür

Almaniya kansleri Fridrix Merz hesab edir ki, İranla müharibədə İsrail bütün Qərb dünyası üçün "çirkli iş" görür...

Poliqon Zeit-ə istinadən xəbər verir ki, o, bu barədə G7 sammiti çərçivəsində ZDF telekanalına müsahibəsində bildirib.

Merz İran rejimini həm daxildən, həm də xaricdən terrorçu adlandırıb və xatırladıb ki, Tehran Rusiya Federasiyasını Ukraynaya hücum edən kamikadze pilotsuz təyyarələrlə təmin edib:

"Yalnız onu deyə bilərəm ki, İsrail ordusunun və İsrail hökumətinin bunu etməyə cəsarəti çatmasına böyük hörmətim var. Əks halda, bu rejimdən aylarla, illərlə terror, sonra da nüvə silahı görə bilərdik".

Onun fikrincə, Ağ Ev hələ ki, İsrailin tərəfində müharibəyə girmək barədə qərar qəbul etməyib, hələlik hər şey Tehranın danışıqlar masasına qayıtmağa hazır olmasından asılıdır.

"İran hökumətinin hələ də fəaliyyət göstərməyə qadir olan hissəsinin danışıqlar masasına qayıtmaq və danışıqlar aparmaq imkanı var. Təklif qüvvədə qalır. Tehran buna hazır olmasa, İsrail sona qədər bu yolla gedəcək", deyə Merz əlavə edib.

Kansler qeyd edib ki, ABŞ hökuməti hazırda İrana qarşı bunkerləri dağıtmağa qadir silahlardan istifadə imkanını müzakirə edir. O qeyd edib ki, Amerikanın buna qərar verib-verməyəcəyini bilmir.

Poliqon.info

 

Seçilən
4
poliqon.info

1Mənbələr