AZ

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan tutduğu vəzifədən azad edilib.

Xezerxeber.az  Ermənistan KİV-inə istinadən xəbər verir ki, qərarın mətni hökumətin saytında dərc edilib.

Müvafiq qərar bu gün səhər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilib.

Qərarın səbəbləri barədə məlumat verilmir.

A.Abazyan 2020-ci ilin noyabrından MTX direktoru vəzifəsində çalışıb.

Bu vəzifənin icrası müvəqqəti olaraq direktor müavini Andranik Simonyana həvalə edilib.

Seçilən
12
2
xezerxeber.az

3Mənbələr