AZ

Aİ 2027-ci ilin sonuna kimi Rusiya qazının idxalına qadağa qoymağa hazırlaşır

Aİ Komissiyası Rusiyadan qaz və neft idxalını mərhələli şəkildə dayandıracaq qanunvericilik təklifi hazırlayıb.

Banco.az xəbər verir ki, təklifə əsasən, Rusiyadan gələn boru kəməri qazı və LNG üzv ölkələrdə mərhələli şəkildə dayandırılacaq.

Üzv dövlətlər Rusiyadan təbii qaz və neft idxalına son qoymaq üçün tədbirlər və addımları özündə əks etdirən planlar hazırlayacaqlar.

İdxal qadağası çərçivəsində Rusiyadan yeni müqavilələr üzrə qaz alışı 2026-cı il yanvarın 1-dən dayandırılacaq.

17 iyun 2025-ci il tarixindən əvvəl imzalanmış qısamüddətli müqavilələr üzrə qaz idxalı 2026-cı il iyunun 17-dək davam edəcək. Uzunmüddətli müqavilələr çərçivəsində dənizə çıxışı olmayan ölkələrə boru kəməri qazının tədarükünə 2027-ci ilin sonuna qədər icazə veriləcək.

Beləliklə, Aİ-nin Rusiya qazından istifadəsi faktiki olaraq 2028-ci il yanvarın 1-də başa çatacaq.

Rusiya qazının tədarük müqaviləsi olan şirkətlərdən Komissiyaya məlumat təqdim etmək tələb olunacaq.

Seçilən
3
2
banco.az

3Mənbələr