“Santos”un futbolçusu Neymar açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, Klublararası Dünya Çempionatında iştirak edən “Fluminense”dən təklif aldığını deyib. Neymar ciddi təklifin olmasına baxmayaraq, bunu rədd edib:
“Fluminense”yə keçə bilərdim. Ciddi təklif var idi. Ancaq “Santos”da qalmağa qərar verdim”.
Neymar bu mövsüm 4 oyuna çıxıb.